Krediti qaytara bilməyənlərin maşınını yol polisi tutur – Məhkəmələr düz edir?

Yazarlar 4 May 2017 13:37 Oxunub 3448
Krediti qaytara bilməyənlərin maşınını yol polisi tutur – Məhkəmələr düz edir?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərşad Hüseynov: "DYP-nin cərimə meydançası saxlanc yeri, DYP isə saxlayıcı deyil"

Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov kredit borcunu qaytara bilməyənlərin avtomobillərinin dövlət yol polisi əməkdaşları tərəfindən tutulub cərimə meydançasına aparılmasına münasibət bildirib. Ekspert Avtosfer.az-a bildirib ki, son vaxtlar səpələdikləri kreditləri yığa bilməyən banklar maraqlı üsullara əl atırlar: "Onlar məhkəmələrdə iddia qaldırarkən təminetmə tədbiri kimi cavabdehə məxsus avtomobilin üzərinə sadəcə həbs qoymağı yox, həm də həmin avtomobilin DYP-nin cərimə meydançasına saxlanca qoyulmasını da tələb edirlər. Bu səbəbdən də avtomobili əlindən alınan adam yeni borc almaqla olsa da, əvvəlki borcunu ödəyib avtomobili azad etmək üçün əl-ayağa düşür və buna məcbur olur. Bəzi məhkəmələr də bu tələbi həvəslə icra edib belə qərardadlar çıxarırlar. Daha sonra DYP də avtomobili yolda saxlayıb cərimə meydançasına aparır".

Ekspert hesab edir ki, bu məsələdə ciddi qanunsuzluq var: "İddianı təminetmə tədbiri olan həbs avtomobil üzərinə qoyularkən çox nadir hallarda (məsələn, avtomobil qanunsuz sahiblikdə olanda) həm də onun saxlanca qoyulması qərara alına bilər. Həbs sadəcə sərəncam hüququnu istisna etməlidir, istifadə hüququnu yox. Həm də nəzərə almaq lazımdır ki, DYP-nin cərimə meydançası saxlanc yeri, DYP isə saxlayıcı deyil. Oranın adı "DYP-nin mühafizə olunan duracağı" olsa da, orada avtomobil bir müddətdən sonra istifadəyə yararsız vəziyyətə düşə bilər".

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh