Bakıda yol polisinin cərimə meydançası ləğv edildi – RƏSMİ

Avtoxəbər 5 May 2017 13:08 Oxunub 7006
Bakıda yol polisinin cərimə meydançası ləğv edildi – RƏSMİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cərimə meydançasındakı maşınlar isə başqa yerə köçürülüb

Bakıda dövlət yol polisinə məxsus cərimə meydançası ləğv edilib. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin binasının aşağı hissəsində yerləşən ikinci cərimə meydançası tam olaraq boşaldılıb. Artıq həmin ərazidəki bütün avtomobillərin köçürüldüyü bildirilir. Məlumata görə, cərimə meydançasının yerində yanacaqdoldurma məntəqəsinin tikilməsi planlaşdırılır.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, Mikayıl Müşfiq küçəsi ilə Kənar Dairəvi yolun kəsişməsində yerləşən və DYP-yə məxsus həmin cərimə meydançası artıq 20 gündür boşaldılaraq ləğv edilib. Oradakı avtomobillər isə ayrı-ayrı cərimə meydançalarına paylanılıb. Artıq bu barədə avtomobillərin sahiblərinə məlumat verilib.

Həmin cərimə meydançasının yerində abadlıq işləri aparıldığını deyən Vaqif Əsədov deyib ki, orada yanacaqdoldurma məntəqəsinin tikiləcəyindən xəbərsizdir: "Birincisi, oradan yüksək gərginlikli elektrik naqilləri keçir. Digər tərəfdən isə bu ərazi başqa bir dövlət qurumuna məxsusdur".

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh