Bakıda daha bir sərnişin avtobusda kobud hərəkətlər etdi – VİDEO

Qaydalar 4 May 2017 15:04 Oxunub 2966
Bakıda daha bir sərnişin avtobusda kobud hərəkətlər etdi – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Oğlan avtobusun qapısını zorla açaraq yolun ortasında düşüb

Bakıda daha bir sərnişinin avtobusda kobud davranışını əks etdirən video yayılıb. Aprelin 28-də səhər saatlarında Bakının mərkəzi küçələrindən birində hərəkətdə olan “BakuBus” avtobusundan istifadə edən sərnişin qaydaları kobud surətdə pozub.  Videonu Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a təqdim ediblər. Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev bildirib ki, sərnişin ciddi qayda pozuntusuna yol verməklə həm də özünü təhlükəyə atıb: "Təqdim olunan video görüntüdə cavan oğlan digər nəqliyyat vasitələri kimi, avtobusun da svetoforda saxlamasını qəbul etməyərək qapını açmağa çalışır və ancaq fövqəladə hadisələr zamanı sərnişinlərin təxliyyə edilməsi üçün nəzərdə tutulmuş vasitədən istifadə edərək, avtobusun qapısını açıb yolun ortasında düşür. Bu hərəkətləri ilə ictimai nəqliyyatda təhlükəsizlik qaydalarını pozan sərnişin öz həyatını təhlükəyə ataraq yolun ortasında, nəqliyyatın gur olduğu yerdə atobusdan enməklə yolda olan digər nəqliyyat vasitələri üçün də təhlükə yartmış olur. Təəssüf ki, onun bu hərəkətlərinə etiraz etməli olan sərnişinlərdən bəziləri ona haqq qazandırmağa çalışır və hətta onun arxasınca avtobusdan düşürlər.

İctimai nəqliyyatdan istifadə edən hər bir kəs qanunla müəyyən edilən qaydalara əməl etməlidir. Sərnişin avtobusları ümumi istifadədə olan nəqliyyat vasitəsidir və heç kimin sərnişin avtobuslarından şəxsi nəqliyyat vasitəsi kimi istifadə etməyə ixtiyarı yoxdur.

Bu və bir neçə gün bundan əvvəl 61 nömrəli marşrut xəttində baş verənlər bir daha sərnişindaşıma xidmətinin daha səmərəli və effektiv həyata keçirilməsi üçün sərnişinlər arasında ictimai nəqliyyatdan istifadə zamanı təhlükəsizlik və davaranış qaydaları ilə bağlı müxtəlif maariflənirici tədbirlərinin həyata keçirilməsinin zəruri olduğunu göstərir. Bakı Nəqliyyat Agentliyi bu istiqamətdə bütün lazımi tədbirləri yerinə yetirməkdədir".

Bakı Nəqliyyat Agentliyi bir daha ictimai nəqliyyatdan istifadə edən sərnişinləri təhlükəsizlik qaydalarına əməl etməyə və öz həyatları ilə yanaşı, yol hərəkətinin digər iştirakçılarına təhlükə yaratmamağa çağırır: "Sərnişinlərimizdən ictimai nəqliyyatda bu cür hərəkətlərə yol verən sərnişinlərə qarşı elə yerindəcə düzgün münasibət ortaya qoymalarını, onları bu təhlükəli əməllərindən çəkindirmək üçün ictimai qınaq yaratmalarını xahiş edirik".

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh