Sürücü bu vəziyyətdə yük avtomobilinə yol verməlidirmi? - DOĞRU CAVAB

Yarışma 4 May 2017 15:18 Oxunub 2967
Sürücü bu vəziyyətdə yük avtomobilinə yol verməlidirmi? - DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual yol nişanları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Sürücü bu vəziyyətdə yük avtomobilinə yol verməlidirmi?

a)  Yol verməli deyil, çünki sağdan yaxınlaşır və üstünlüyə malikdir;

b) Yol verməlidir;

c)  Yalnız sola dönəcəyi təqdirdə yol verməlidir.

Sualın doğru cavabı belədir: “Yol hərəkəti haqqında” Qanunun 45-ci maddəsinin III hissəsinə uyğun olaraq, sürücülər yaşayış zonasından çıxarkən, hərəkətin digər iştirakçılarına yol verməlidirlər. Deməli, sualın doğru cavabı “B” variantı olacaq: Sürücü bu vəziyyətdə  yük avtomobilinə yol verməlidir.

Suala ilk doğru cavabı Cavid adlı oxucumuz verib. Onu təbrik edirik.

Sualın sponsoru "Monza" avtomobil yağlarıdır. Qalib gəlmiş şəxsə "Monza" yağı 50 faiz endirimlə verilir. Qalib gəlmiş gəlmiş şəxs də nömrəyə zəng edərək hədiyyəsini əldə edə bilər. Tel: 050-648-83-13

Bu yağlarının fərqlilyi ondadır ki, həm də Almaniyanın daxili bazarında və Avropa bazarında özünə kifayət qədər yer edə bilib Buna görə də "QOMAS" avto olaraq, qürurla deyə bilirik ki, almanların öz avtomobilləri üçün istifadə etdiyi yağları Azərbaycanlılar üçün gətirdik!

Bu yağların orijinalığını yoxlamaq isə çox sadədir. Bunu üçün telefonunuzun kamerasını yağın qabının üzərində olan xüsusi ştrix-kodlu hissəyə tutmanız kifayətdir. Bu zaman birbaşa "MONZA" yağlarının saytı açılacaq və istənilən məlumatı buradan əldə edə biləcəksiniz.

Sualın digər sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanıb. Hədiyyə ilə bağlı daha ətraflı məlumat üçün 055 288 11 27 nömrəsinə zəng edin!

Avtosfer.az saytından 5 manatlıq danışıq kartını əldə etmək üçün 070 335 15 59-a zəng edə bilərsiz.

Avtosfer.az

undefined

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Murad 5 May 2017 00:47
Elbetde minik avtomobili yol vermelidir cunki yuk avtomobili baw yoldadir wekiller aydin gorsenmesede yuk avtomobili yoluna davam etmelidir