Rayondan Bakıya maşın qadağası başladı - Bakıda

Avtoxəbər 5 May 2017 11:36 Oxunub 3015
Rayondan Bakıya maşın qadağası başladı - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobillər saxlanılır

Bu gündən başlayaraq rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin Bakı şəhərinə daxil olması məhdudlaşdırılır. Avtosfer.az xəbər verir ki, bu məhdudiyyət 25 may tarixinə qədər davam edəcək. Bakıya buraxılmayan rayon avtomobillərinin park edilməsi üçün paytaxtın şimal və cənub girişlərində xüsusi dayanacaqlar yaradılıb. Sürücü avtomobilini orada saxlayaraq ictimai nəqliyyatdan istifadə etməklə paytaxta gələ bilər. Xatırladaq ki, I Avropa Oyunları zamanı da rayon qeydiyyatında olan avtomobillərin paytaxta daxil olmasına qadağalar tətbiq olunmuşdu.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh