Torpaq "Kamaz"ları belə "uddu" - VİDEO

Avtosfer TV 5 May 2017 19:03 Oxunub 2972
Torpaq "Kamaz"ları belə "uddu" - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dayanacaqda dayanan maşınlar yerə giriblər

Rusiyada yük maşını dayanacağında baş verən hadisə qorxuya səbəb olub. Avtosfer.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Naberejnıe Çelnı (Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir) şəhərində baş verib. Yenicə asfaltlanan dayanacaqda dayanan iki "Kamaz" qəfildən sürüşən torpağın altında girib. Baş verən hadisə anbaan təhlükəsizlik kamerasına düşüb. Xoşbəxtlikdən hadisə zamanı maşınlarda heç kim olmayıb. Onları torpaq qatının altından çıxarmaq mümkün olub. Bənzər hadisə ötən il Florensiyada da olub. Dayanacaqda dayanan 20-yə yaxın minik maşını torpaq çökməsi nəticəsində yerin altına girib. Xoşbəxtlikdən sahildəki hadisə insanlar olmayan zaman baş verib. Torpaq çökməsi nəticəsində 200 metr eni olan yarğan yaranıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh