Polisin yetirməsi çempion oldu - FOTO

Yol polisi 5 May 2017 13:21 Oxunub 1290
Polisin yetirməsi çempion oldu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sənan Məmmədov da polis məşqçinin yetirməsidir

Daxili işlər orqanlarında xidmət edən idmançı əməkdaşlar ölkə və beynəlxalq miqyaslı mötəbər yarışlarda ən yüksək nəticələr əldə etdiyi kimi, məşqçilərimizin yetirmələri də qatıldıqları turnirlərdə fərqlənirlər. Bu yaxınlarda atçılıq idmanının konkur növü üzrə “Murad” kuboku uğrunda keçirilən yarışda qalib olan Sənan Məmmədov da polis məşqçinin yetirməsidir.

Ölkəmizdə bu qəbildən yarışların keçirilməsinə başlanandan ötən müddət ərzində yeni perspektivli idmançılar yetişib. Onların göstərdikləri nəticələr də yüksəlir. Son yarışda qalib olan S.Məmmədov da ümidverici idmançılardandır. Axırıncı yarışda o cıdıra çıxdığı xüsusi yetişdirilmiş atla 115 və 120 santimetrlik maneələri dəf edərək qələbə qazanıb. 

Gənc idmançımız DİN İdman Cəmiyyətinin kiçik inspektoru, polis baş serjantı Samir Məmmədovun yetirməsidir. Samir vaxtilə qatıldığı konkur növü üzrə ölkə və beynəlxalq miqyaslı yarışlarda yüksək nəticələr əldə edib. Hazırda öz bilik və təcrübəsini gənclərlə bölüşür, ölkə idmançılarının beynəlxalq yarışlara hazırlanması üçün əlindən gələni əsirgəmir.

 

Natiq Cavadov,

DİN Mətbuat Xidmətinin əməkdaşı

 

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh