Bakı avtobuslarında qorxulu cibgirlər: Ağızlarında “lezva” gəzdirirlər

Yazarlar 5 May 2017 13:59 Oxunub 2119
Bakı avtobuslarında qorxulu cibgirlər: Ağızlarında “lezva” gəzdirirlər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Oğrular qurbanlarını dövrəyə aldıqdan sonra niyyətlərini həyata keçirməyə çalışırlar

Bakıda fəaliyyət göstərən avtobuslarda təzə cibgirlər peyda olub. Şahidlərin verdiyi xəbərə görə, cibgirlərə əsasən  Xırdalan-Masazır istiqamətində hərəkət edən 119, 135, 525,199 nömrəli avtobuslarda rast gəlinir. Avtosfer.az missiya.az-a istinadən xəbər verir ki, üç nəfərdən ibarət olan cibgir dəstəsi sərnişinlərdən oğurluq etmək üçün xüsusi plan hazırlayırlar. Şahidlərin sözlərinə görə, oğrular qurbanlarını dövrəyə aldıqdan sonra niyyətlərini həyata keçirməyə çalışırlar. Onların bu çılğın əməllərini görən sərnişinlərə qarşı xüsusi amansızlıqla yanaşırlar. Bu oğruların ən təhlükəli cəhəti isə ağızlarında «lezva» gəzdirmələridir. Oğurluqlarından xəbər tutub müqavimət göstərən sərnişinləri ağızlarına yerləşdirdikləri «lezva» ilə qorxudurlar. Hadisə şahidi oğruların əlamətlərini də deyib. Onun sözlərinə görə, cibgirlərdən ikisinin boyu hündürdür, biri isə orta boyludur. Oğrulardan ikisi eynək taxır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh