Rusiyanın yeni qırıcısı: İstənilən gəmini məhv edə bilər - VİDEO

Texnologiya 5 May 2017 21:30 Oxunub 1471
Rusiyanın yeni qırıcısı: İstənilən gəmini məhv edə bilər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
2020-ci ilə qədər 55 ədəd "T-50" Rusiya ordusunun ixtiyarına veriləcək

Rusiyalı mühəndislər 5-ci nəsil hərbi qırıcı "Suxoy T-50" modelini istehsal ediblər. Avtosfer.az xəbər verir ki, yeni qırıcı istənilən gəmi və nəqliyyat vasitəsini məhv etmək üçün yaradılıb. Təyyarə "X-35 UE" sinfinə məxsus yeni raket sistemi ilə təchiz edilib. Bu raket qayıqdan tutmuş təyyarədaşıyan gəmiyə qədər istənilən dəniz hədəfini, logistika depolarını və hərbi texnikanı məhv edə bilir. Xəbərə görə "X-35 UE" raket sistemi raketdən müdafiə və "jammer" sistemlərindən "qorxmur". Mütəxəssislərin fikrinə görə bu raket sistemi sayəsində "T-50" təkcə ovçu qırıcı yox, həm də çoxfunksiyalı savaş texnikası olacaq. "PAK FA" layihəsi çərçivəsində istehsal edilən təyyarənin ilk sınaq uçuşu 2010-cu ildə həyata keçirilib. 2020-ci ilə qədər 55 ədəd "T-50" Rusiya ordusunun ixtiyarına veriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh