Doğum günündə həyatını itirdi - Qaxda ağır qəza - VİDEO

Qaydalar 5 May 2017 23:46 Oxunub 2098
Doğum günündə həyatını itirdi - Qaxda ağır qəza - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb

Qax rayonunda ölümlə nəticələnən qəza olub. Avtosfer.az xəbər verir ki, hadisə gecə saatlarında Qax-Qorağan avtomobil yolunun Alatəmir kəndindən keçən hissəsində baş verib. Qorağan kənd sakini 24 yaşlı Elçin Əliyevin idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişin, 29 yaşlı Ruslan Qafarov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Elçin Əliyevin müalicəsi cərrahiyə şöbəsində aparılır, vəziyyəti orta-stabil qiymətləndirilir.

Qeyd edək ki, ölən şəxsin həm də bu gün doğum günü olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh