Ramil Usubovun vəzifə verdiyi polkovnik kimdir? - FOTO

Yol polisi 6 May 2017 00:06 Oxunub 16206
Ramil Usubovun vəzifə verdiyi polkovnik kimdir? - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəylər Əyyubovun qardaşı oğlu Rövşən Eyyubov kitablar yazıb, musiqi bəstələyib

Xəbər verdiyimiz kimi, daxili işlər naziri, general-polkovnik Ramil Usubov Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Sultan Zeynalov tutduğu vəzifədən azad edilərək Kürdəmir rayon Polis Şöbəsinin rəisi təyin  edib. Nazirin digər əmri ilə Daxili İşlər Nazirliyinin Baş Kadrlar idarəsinin əməkdaşı, polis polkovniki Rövşən Eyyubov Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb. Rövşən Eyyubov Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğludur. 

Rövşən Eyyub oğlu Eyyubov 1976-cı ildə Gəncə şəhərində dünyaya gəlib. 1999-cu ildə Prezident Mühafizə xidmətində yüksək vəzifəli şəxslərin qoruyucusu işləyib. 2001-ci ildən Daxili İşlər Nazirliyində Baş Kadrlar İdarəsinin şöbə rəisi vəzifəsində çalışıb. 2011-ci ildə “Yaxşı əməl heç vaxt gizli qalmır” adlı kitabı çap edilmişdir. Prezidentin şəxsi kitabxanasında saxlanılır. Rövşən Eyyubov daxili işlər orqanlarına aid bir neçə tədris kitablarının müəllifidir.

2014-2015-ci illərdə “Heydərlə Azərbaycan” və “Heydərlə Azərbaycan 2” musiqi əsərlərinin bəstələmişdir. AzTV-nin qızıl fondunda saxlanılır.

 

Criminal.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh