"BMW-X6"-nın motoru "vurdu" – Sürücü 10 min ziyana düşdü - VİDEO

Yazarlar 6 May 2017 01:30 Oxunub 12801
"BMW-X6"-nın motoru "vurdu" – Sürücü 10 min ziyana düşdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maşının yağını vaxtında dəyişməyən sürücülərə mütəxəssis tövsiyəsi

Bakıda cəmi 10 ilin bahalı avtomobilinin mühərriki sıradan çıxıb. Avtosfer.az xəbər verir ki, “BMW-X6”nın sürücüsü həmin avtomobili Babək prospektində yerləşən “Gomas” avtomobil ehtiyyatları mağazasının “Monza” avtoservisinə gətirdikdə məlum olub ki, maşının “motoru vurub”. Burada Cavid usta həmin avtomobilin təmirini öz üzərinə götürüb. Avtomobilin müayinəsindən sonra Avtosfer.az-a danışan Cavid Əliyev bildirdi ki, sürücü bundan əvvəl maşının ağ tüstü buraxması, yağ yeməsi və zəif çəkməsi barədə bir neçə ustaya müraciət edib. Ustalar isə sürücüyə səhv tövsiyyə veriblər: “Avtomobildə düzgün yağdan istifadə edilməyib. Bu maşına əvvəldən axıra kimi 5-30 markalı yağ tökmək lazım idi. Amma buna başqa-başqa yağlar tökülüb. Yağın qapağı ərp bağlayıb. Vəziyyət çox acınacaqlıdır. Ola bilsin ki, bu mühərrik təmir olunmasın. Yeni mühərrik alınsa 10 min manata başa gələcək. Mühərrikin təmiri də təxminən 7-10 manat xərc tələb edir. Hansı ki, avtomobilə vaxtında düzgün qulluq olunsaydı bu qədər ziyan olmazdı”.

Usta bildirib ki, bəzi sürücülər yağdan düzgün istifadə etmir, bəziləri isə yağı gec-gec dəyişir. Hətta, yağı dəyişəndə filtiri dəyişməyən sürücülər də var: “Bəzən elə maşınlar gətirirlər ki, yağı dəyişəndə filtirin yarısı qopub içəridə qalır, çəngəl-qaşıqla güclə təmizləyirik. Avtomobilin canı onu mühərrikindədir. Mühərrik isə yağla işləyir. Təbii ki, düzgün yağdan istifadə edilmədikdə mühərrik tez sıradan çıxır”.

Qeyd edək ki, avtomobilin yağı dəyişdirilərkən bəzi servislərdə düzgün seçim edilmir. “Monza” avtosalonunda isə Almaniya istehsalı olan “Monza” yağları komputer texnologiyası ilə yoxlanılır və hansı avtomobilə hansı kodda olan yağın uyğun olduğu müəyyən edilərək sürücüyə məlumat verilir. Burada yağın keyfiyyətinə tam zəmanət verilir. Qiymətlər də sərfəlidir.

Tel;  050 648 83 13

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh