Bakıda sürücü özünü və balaca qızını təhlükəyə atır - VİDEO

Avtoreyd 6 May 2017 09:00 Oxunub 5717
Bakıda sürücü özünü və balaca qızını təhlükəyə atır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qucağında körpə qız uşağını otuzduraraq ona maşın sürməyi öyrədir

Aprelin 16-da Bakının İnşaatçılar prospektində hərəkətdə olan 90-KF-446 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını kobud və təhlükəli şəkildə pozan zaman Avtosfer.az-ın kamerasına düşüb. Avtomobildəki sürücü nəqliyyat vasitəsinin hərəkəti zamanı qucağında körpə qız uşağını otuzduraraq ona avtomobil idarə etməyi öyrədir. Sürücünün bu hərəkəti qanun pozuntusundan başqa, həm özünün, həm də qucağındakı uşağın həyatı üçün çox təhlükəlidir. Bu vəziyyətdə ən yüngül yol nəqliyyat hadisəsi baş versə həmin günahsız körpə, sürücü ilə sükan arasında sıxışıb qala bilər.

Çox təəssüf ki, bəzi valideyinlər bunu dərk etmir və ya dərk etmək istəmirlər. Amma unudurlar ki. sonrakı peşmançılıq nə bir fayda verəcək, nə də ki, uşağı dünyaya qaytaracaq.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh