Oğlunun qəzası ilə gündəmə gələn iş adamı icra başçısının qardaşıdır?

Yazarlar 6 May 2017 18:33 Oxunub 1219
Oğlunun qəzası ilə gündəmə gələn iş adamı icra başçısının qardaşıdır?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Füzuli Fərəcovun İcra başçısı Zakir Fərəcovla heç bir qohumluq əlaqəsi yoxdur

Son günlər mətbuatda ölümlə nəticələnən avtomobil qəzasını törətmiş Ağaəli Fərəcovun Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşı oğlu olması ilə bağlı məlumatlar yayılır. Avtosfer.az xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətindən Musavat.com-a bildirilib ki, qəzanı törətmiş şəxsin, eləcə də onun atası, iş adamı Füzuli Fərəcovun Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla heç bir qohumluq əlaqəsi yoxdur. Yəni soyadlar eyni olsa da, qeyd olunan şəxslərin nəinki qohumluq, tanışlıqları da yoxdur. Musavat.com onu da öyrənib ki, avto-qatilin atası Füzuli Fərəcov əslən Naxçıvandandır. Zakir Fərəcov isə kökəncə Laçındandır və onun Füzuli adlı qardaşı yoxdur. Füzuli Fərəcov bir vaxtlar qara metal alveri ilə məşğul olub və ciddi sərvət qazanıb.  Bəzi media quruluşlarındakı dostlarımız iddia edirlər ki, onun guya Zakir Fərəcovun qardaşı olması barədə məlumatları mətbuata Füzulu Fərəcov özü ötürür. Bununla da özünün guya hakimiyyətdə ciddi arxa-dayağının olması təəssüratını yaradır. Mətbuatda guya “Kalyon” restoranının və başqa adları çəkilən obyektlərin Füzuli Fərəcova məxsus olması iddiası da yalandır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh