Bu da yeni "Gelandewagen" - FOTO

Avtodünya 7 May 2017 20:30 Oxunub 12110
Bu da yeni "Gelandewagen" - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun qiyməti 163 və 287 min avro təşkil edəcək

Şirkət iki yeni versiyada G-Class yolsuzluq avtomobilləri təklif etdi. Avropa dilerləri artıq sifariş qəbul etməyə başlayıblar. Şirkətin press-relizde verdiyi məlumata gore, G-Class avtomobilləri “designo manufaktur edition” və “exclusive edition” adı almış versiyalarda əlverişli olacaq. Yeniliklərin qiyməti 100 000 avrodan başlayır. Artıq 2015-ci ildə satışda olan Designo Manufaktur Edition versiyası Mercedes-Benz G 350 d və Mercedes-Benz G 500 modifikasiyaları üçün təklif olunacaq. Bu modifikasiyalı avtomobillər üç rəngdə təklif olunacaq – “mistik ağ”, “maqmatik qırmızı” və “qara obsidian”. Designo Manufaktur Edition versiyalı avtomobilin salonunun bəzəyində dəlikli dəri, velür xalılar, qırmızı təhlükəsizlik kəmərləri və eyni rəngli pedal astarları, əlavə xromlaşdırılmış qoymalar, həmçinin gücləşdirilmiş kontur dəstəyi olan oturacaqlardan istifadə olunub. Exclusive Edition yalnız yolsuzluq avtomobilləri Mercedes-AMG G 63 və Mercedes-AMG G 65-in АМG versiyaları üçün əlverişli olacaq. Belə avtomobillər qabaq bamperin altında paslanmayan poladdan orijinal qoyma, 21 düymlük təkər diskləri, qapıların aşağısında AMG zolaqları və banın tutqun rəngini əldə edəcəklər. Yeni versiya “yüklənmiş” yolsuzluq avtomobillərinin qiyməti 163 125 və 287 658 avro təşkil edəcək.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh