Bakıda şübhəli DYP maşını; əzilib, nömrələri çıxarılıb - FOTO

Yol polisi 5 Noyabr 2014 18:03 Oxunub 2746
Bakıda şübhəli DYP maşını; əzilib, nömrələri çıxarılıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis əməkdaşının maşından düşüb qaçdığı bildirilir

Facebokk sosial şəbəkəsində «Hamam Times» qrupu maraqlı fotolar yayıb. Fotolara yazılan şərh isə daha maraqlıdır. Avtosfer.az saytı həmin fotoları və məlumatı olduğu kimi təqdim edir: «Göy məscid»in yaxınlığında yaşıyan bir vətəndaş şübhəli bir hadisənin şahidi olub. Həyətdə durmuşdum və bir də gördüm ki, məhəlləmizə bir DYP maşını daxil oldu, içindən tələsik bir polis nəfəri çıxıb ön və arxa dövlət nömrə nişanlarını, maşının kənarlarına yapışdırılan nömrələri çıxardıb qaçdı. Yaxınlaşıb həmin maşını çəkdim. 

Görünür ki yol polis işçisi qəza törədib, hansısa vətəndaşı vurub (maşının ön şüşəsi çat verib, güzgü və miqalkası sınıb) və hadisə yerindən qaçıb. İz saxlamasın deyə bütün nömrələri çıxardıb! Belə "vicdanlı" polisləri necə işə götürürlər? Cinayyət törədib qaçırlar! Bu cür cinayyətkar "polislər" mütləq tapılmalı və cəzalanmalıdır! Bilmədim hara müraciət edim, ona görə fotoları sizə göndərirəm, bəlkə bu məsələni araşdırdılar!».

İnanırıq ki, Dövlət Yol Polisi İdarəsi məsələ ilə bağlı açıqlama verəcək.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh