Azərbaycanda fantastik cərimə məbləği: 3 aya 15 milyon manat

Gündəm 8 May 2017 11:41 Oxunub 3822
Azərbaycanda fantastik cərimə məbləği: 3 aya 15 milyon manat
WhatsApp kanalımıza abunə ola bilərsiniz
2017-ci ilin yanvar-mart aylarında

Azərbaycanda polis 3 aya vətəndaşlara 15 milyon cərimə yazıb. Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2017-cı ilin yanvar-mart aylarında yaydığı hesabatda qeyd olunub. Belə ki, 2017-ci ilin yanvar-mart aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə eyni səviyyədə qalaraq 747,8 min olub. Xətaların 50,8%-i yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 11,4%-i işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 11,3%-i dayanma və ya durma qaydalarının pozulması, 9,5%-i yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 3,7%-i təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb. Qaydaların pozulmasına görə 15,1 milyon manat məbləğində cərimələr tətbiq edilib. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh