Fernando Alonso: “Digər treklərlə müqayisədə Bakıda olduqca böyük sürətə nail olmuşduq”

Yarışma 8 May 2017 16:17 Oxunub 1616
Fernando Alonso: “Digər treklərlə müqayisədə Bakıda olduqca böyük sürətə nail olmuşduq”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Formula 1 üzrə Azərbaycan Qran Prisində mübarizə aparacaq pilotlar təəssüratlarını bölüşüblər

Formula 1 üzrə Azərbaycan Qran Prisində mübarizə araracaq pilotlar - Fernando Alonso ("McLaren"), Valteri Bottas ("Mercedes"), Felipe Massa ("Williams"), Serxio Perez ("Force India"), Roman Qrojan ("Haas") və Maks Ferstappen ("Red Bull") yarışla bağlı təəssüratlarını bölüşüblər. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) rəsmi saytına müsahibə verən tanınmış simalar Bakıya və Formula 1-in ən yeni şəhər trekinə qayıtmaqdan böyük məmnunluq duyduqlarını bildirdilər. Müasir və tarixi görkəmə, təzadlı mənzərəyə sahib Bakını çox bəyəndiyini söyləyən S.Perez Azərbaycanın paytaxtının indiyədək səfər etdiyi şəhərlər arasında ən gözəli olduğunu açıqlayıb. V.Bottas da Bakıya yenidən səfər etməyin çox xoş olduğunu vurğulayıb. F.Alonso isə onları hər zaman gülərüz və ehtiramla qarşılayan insanlarla yenidən görüşməyi səbirsizliklə gözlədiyini deyib. O, digər treklərlə müqayisədə Bakıda olduqca böyük sürətə nail olduqlarına diqqət çəkib. Bakıda yenidən yarışmağı böyük həyəcanla gözlədiyini bildirən F.Massa, ötən il iki saniyədən az müddətə pit-stop əməliyyatı reallaşdıra bildiklərini və bunun inanılmaz dərəcədə böyük uğur olduğunu dilə gətirib. M.Ferstappen, R.Qrojan və K.Maqnussen isə Bakıda insanların çox mehriban olduqlarını, builki geniş təkərli bolidlərlə Bakı trekinin ensiz hissələrində mübarizə aparmağın ötən ilə nisbətən daha çətin olacağını söyləyiblər. Qeyd edək ki, Azərbaycan Qran Prisi 23 - 25 iyunda Bakının mərkəzi küçələrində keçiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh