Azərbaycanlı gəncdən analoqu olmayan sosial şəbəkə: DÜNYADA BİR İLK - VİDEO

Texnologiya 8 May 2017 23:54 Oxunub 2508
Azərbaycanlı gəncdən analoqu olmayan sosial şəbəkə: DÜNYADA BİR İLK - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu proqram hazırda yerləşdiyiniz məkanda olan istifadəçilərlə də ünsiyyət qurmağa imkan verir

Azərbaycanlı gənc real ünsiyyətə sövq edən beynəlxalq miqyaslı sosial şəbəkə yaradıb. Proqramın yaradıcısı Elçin Əskərovun sözlərinə görə layihə unikallığı ilə seçilir. Platformadan həm veb-saytdan və həm də mobil tətbiqetmə vasitsəi ilə telefon və planşetlərdə istifadə etmək mümkündür. "Onbranch" adlı tətbiq məkanların 3d görüntüsünü təqdim etməklə yanaşı həmin məkanda olan insanların dəqiq yerlərini də dostlarına göstərir. Tətbiq istər biznes sahibləri, istər ictimai fəaliyyət subyektləri, istərsə də fərdi istifadəçilər üçün yeni imkanlar təqdim edir. Kafe və restoranlar qeydiyyatdan keçərək öz məkanlarının 3d görüntüsünü proqrama əlavə edə bilərlər. Onlar bununla biznes obyektlərini öncədən müştəriyə göstərə ,hətta qiymət və menyuda əlavə edə bilərlər.

Azərbaycanlı gəncin ərsəyə gtirdiyi tətbiq dünyada ilk fərqli formatda layihə kimi qeydiyatdan keçib. Onbranç proqramı turizm məqsədi ilə geniş imkanlar da təqdim edir.

Elçin Əskərovun sözlərinə görə hazırda onların heçbir maddi dəstəyə ehtiyacları yoxdur. Layihəyə beynəlxalq səviyyədə maraq olduğundan iyun ayında Londonda təqdimatı olacaq.Və yaxın gələcəkdə dünyanın aparıcı şəhərlərinin də məkanları əlavə ediləcək.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh