Bakıda 40-a yaxın sürücü jalüzə görə cərimələnib

Yol polisi 9 May 2017 10:00 Oxunub 1941
Bakıda 40-a yaxın sürücü jalüzə görə cərimələnib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tələbləri pozan sürücülər 150 manat məbləğində cərimə olunur

Mayın 1-dən bu günə qədər Bakıda avtomobillərdə pərdə və jalüzlərin istifadəsi ilə bağlı standartları pozan 40-a yaxın sürücü inzibati məsuliyyətə cəlb edilib. Avtosfer.az xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib. V.Əsədov bildirib ki, yol polisi əməkdaşları qeyd olunan məsələ ilə bağlı nəzarəti gücləndirib və müəyyən olunmuş standartları pozan sürücülər inzibati məsuliyyətə cəlb olunacaq. Qeyd edək ki, mayın 1-dən etibarən avtomobillərdə pərdə və jalüzlərin istifadəsinə icazə verilib və bu icazə noyabrın 15-ə qədər qüvvədə olacaq. Lakin pərdə və jalüzlər müəyyən olunmuş standartlara uyğun olmalıdır. Tələbləri pozan sürücülər 150 manat məbləğində cərimə olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh