Mingəçevirdə reyd: 20-yə yaxın sürücü cərimələnib - FOTO

Avtoreyd 9 May 2017 10:10 Oxunub 2556
Mingəçevirdə reyd: 20-yə yaxın sürücü cərimələnib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qayda pozan avtomobil sahiblərinə inzibati protokollar tərtib edilib

Mingəçevir şəhərində keçirilən reyd zamanı 20-yə yaxın sürücü cərimələnib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Mingəçevir Şəhər Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdiyi yoxlamlar zamanı nasaz vəziyyətdə marşrut avtobusu idarə edən 2, sürücülük vəsiqəsi olmayan 1, təhlükəsizlik kəmərindən istifadə etməyən 10 sürücü müəyyənləşib. Qayda pozan avtomobil sahiblərinə inzibati protokollar tərtib edilib. Mingəçevir DYP-nın bölmə rəisi Bəlyar Bəşirli şəhərdə məsuliyyətsiz sürücülərin olduğunu, onlara bağlı tədbirlər görüldüyünü bildirib. Bölmə rəisi, həmçinin şəhərdə 8 saylı marşrut xətti ilə hərəkət edən nəqliyyat vasitələrinin sürücülərinə ciddi xəbərdarlıq edib, sərnişindaşımada yarassız hesab edilən avtobuslar xəttən kənarlaşdırlıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh