Avtomobil dəmirə çırpıldı: Boru qızın boğazından girərək arxadan çıxıb - VİDEO

Qaydalar 9 May 2017 19:07 Oxunub 20770
Avtomobil dəmirə çırpıldı: Boru qızın boğazından girərək arxadan çıxıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dəhşətli qəzaya düşən qız reanimasiyaya çatdırılıb

Türkiyədə dəhşətli yol qəzası baş verib. Avtosfer.az-ın IHA-ya istinadən verdiyi məlumata görə, tükürpədici hadisə Qaziantepdə olub. Avtomobilin sürücüsü idarəetməni itirərək bir tikilinin önündəki 6 metrlik dəmirə çırpılıb. Çırpılmanın təsirindən 4 mm diametri olan dəmir boru maşının ön pəncərəsini qıraraq keçib. Dəmir boru ön oturacaqdakı sərnişin qızın boğazından girərək arxadan çıxıb. Dəmir 24 yaşlı Hande Karaoğlunun boğazından çıxdıqdan sonra arxa oturacağı da deşib. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası və xilasedicilər çağırıblar. Onlar dəmiri ön və arxadan kəsərək qızı boğazındakı dəmirlə birlikdə xəstəxanaya çatdırıblar. Reanimasiyaya yerləşdirilən Hande Karaoğlunun həyati təhlükəsi var.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh