"Mən deyirəm içmişəm...” - Sərxoş sürücü ilə polisin dialoqu - VİDEO

Avtoreyd 10 May 2017 00:04 Oxunub 4032
"Mən deyirəm içmişəm...” - Sərxoş sürücü ilə polisin dialoqu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərxoş sürücü qəza törədib polislə mübahisə etdi

Bakıda gecə saatlarında sərxoş sürücü qəza törədib. Hadisə zamanı xəsarət alan olmasada iki avtomobilə ziyan dəyib. Sürücünün sərxoşluğunun müəyyən edilməsi üçün tibb müəssisəsinə getməkdən imtina etməsi isə onunla yol polisi arasında mübahisəyə səbəb olub. Sərxoşluğu ilə öyünən bu sürücü gecə saatlarında qəza törədib. Hadisə paytaxtın Nəsimi rayonu Ruhulla Axundov və Rəşid Behbudov küçələrinin kəsişməsində qeydə alınıb. Telman Hüseynovun idarə etdiyi "BMW" markalı avtomobil yolda olan digər bir minik maşınına çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da avtomobillərə ziyan dəyib. Məlum olub ki, "BMW" markalı minik avtomobilinin sürücüsü 51 yaşlı Telman Hüseynov avtomobili sərxoş idarə edib.

Əraziyə gələn yol patrul xidmətinin əməkdaşları sürücünün sərxoş olub-olmadığnı müəyyən etmək üçün tibb müəssisəsinə aparmaq istəsələr də, bu, tərəflər arasında mübahisəyə səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh