Yenə həmin küçə, yenə oxşar qəza - FOTOLAR

Avtosfer Foto 10 May 2017 01:07 Oxunub 3609
Yenə həmin küçə, yenə oxşar qəza - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda eyni küçədə iki avtomobil toqquşub

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Nərimanov rayonunda, Koroğlu Rəhimov küçəsi ilə Həsən Əliyev küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, "Toyoto" markalı avtomobillə "Hyundai" markalı avtomobil toqquşub. Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb edilib. İlkin ehtimala görə, qəzaya səbəb "Toyoto" markalı avtomobilin sürücüsü olub. "Toyoto"nun sürücüsü nəqliyyat vasitəsinə idarəetməni itirdiyindən "Hyundai" markalı avtomobilə çırpılıb.

Faktla bağlı araşdırma aparılır ("Report").

Avtosfer.az bildirir ki, qəzanın baş verdiyi ərazi yolayrıcıdır və burada tez-tez hadisə baş verir. Buna da səbəb sürücülərin yolayrıcını keçmə qaydalarını pozmasıdır. Burada sola - Həsən Əliyev küçəsinə dönənlər mütləq Prezident iqamətgahı tərəfdən gələnlərə yol verməlidir. Qeyd edilən ərazidə işıqfor yaşıl yandığı üçün üstünlüyə malik olduqlarını düşünən bəzi sürücülər sola dönərkən sağdan gələnlərə yol verməli olduqlarını unudurlar.

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh