Qəza şəraiti yaratmaq buna deyirlər – REAL VİDEO

Avtoreyd 11 May 2017 00:37 Oxunub 15479
Qəza şəraiti yaratmaq buna deyirlər – REAL VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maşını sağa-sola qaçırmaq yox, "tormozdan" istifadə etmək lazımdır

Mayın 6-da Bakının Azadlıq prospektində qəzadan qaçmaq istəyən sürücü digər avtomobilə qəza vəziyyəti yaradıb. Görüntülər digər avtomobildəki kamera ilə qeydə alınıb. Avtosfer.az xəbər verir ki, Azadlıq prospekti ilə hərəkət edən 90-GC-885 qeydiyyat nişanlı "Mitsubishi Pajero" markalı avtomobilin sürücüsü Səttar Bəhlulzadə küçəsindən gələn avtomobillə toqquşacağını görərək qəfildən sol zolağa yerdəyişmə edib və arxadan gələn avtomobilə qəza şəraiti yaradıb. Sürücünün "Pajero" sürücüsünə "sənin başın qaçıb" deyib yoluna deməsi həmin şəxsin səbrli insan olmasına işarədir...

Bildiririk ki, sürücünün etdiyi bu hərəkət qanunaziddir. Çünki “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsinin V hissəsində qeyd olunub ki, sürücü yerdəyişmə edən zaman eyni səmtə gedən nəqliyyat vasitəsinə yol verməlidir. Və ən əsası isə sürücülər yadda saxlamalıdır ki, belə situasiyada maşını sağa-sola qaçırmaq yox, ilk növbədə əyləcdən istifadə etmək lazımdır.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh