200 minlik maşını oyuncaq kimi oynadıb əzənlər də var - VİDEO

Avtodünya 6 Noyabr 2014 20:11 Oxunub 4795
200 minlik maşını oyuncaq kimi oynadıb əzənlər də var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Galendewagen»i dəmir lövhələr üzərində oyuncaq əvəzinə oynadan gənclər maşının əzilməsindən ləzzət alırlar

Bu videonun dəqiq hansı ölkədə çəkildiyi məlum olmasa da, ehtimal olunur ki, bura hansısa ərəb ölkəsidir. Çünki avtomobillərin üzərində ərəb nömrələri var. Avtosfer.az-ın məlumatına görə, bir qrup gənc dəyəri 200 min dollardan baha olan «Mersedes - Galendewagen» markalı avtomobillərlə oyun oynayırlar. Oyunun mahiyyəti ondan ibarətdir ki, dəmir relslər üzərində maşını yerə yıxmadan hərəkəti tam başa çatdırasan. Beləliklə, maşınlar bir-bir dəmir relslərin üzərinə qalxır və yerə düşəndə hər ikisinin ön tərəfi dəmirlərə dəyib əzilir. Gənclər isə bundan zövq alaraq bu hərəkəti bir neçə dəfə təkrar edirlər.

Bura onların oyun meydançası, «Galendewagen» isə oyuncaqlarıdır…

 

Fidan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh