Bu avtomobildir, yoxsa dəmir yığını? - VİDEO

Yazarlar 10 May 2017 01:45 Oxunub 1996
Bu avtomobildir, yoxsa dəmir yığını? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilin arxa hissəsindəki işıqlardan əsər-əlamət qalmayıb

Bakının mərkəzində yükdaşıma qaydalarını pozan sürücünün idarə etdiyi avtomobil Avtosfer.az-ın kamerasına düşüb. Belə ki, 10 EG 927 qeydiyyat nişanlı "VAZ-2102" markalı avtomobilin sürücüsü avtomobilin banına qanunsuz şəkildə yük vuraraq digər hərəkət  iştirakçılarına təhlükə yaradıb. Qanunda göstərilib ki, avtomobildə daşınan yükün çəkisi istehsalçının müəyyən etdiyi çəkidən artıq olmamalı və yük daşınan zaman lazımınca bərkidilməlidir. Manevr edən zaman yük tərpənməməli və yola aşmamalıdır (dağılmamalıdır). Lakin videodan aydın görünür ki, daşınan yük heç yerə bərkidilməyib.

Bundan əlavə, avtomobilin xarici görünüşündən bəlli olur ki, istismara da yararsızdır. Diqqətlə baxdıqda aydın olur ki, avtomobilin arxa hissəsindəki işıqların heç bir işləmir. Daha doğrusu, işıqlardan əsər-əlamət qalmayıb. Belə halda arxadan gələn sürücülər çaş-baş qalıb qəza törədə bilər.

Videoda səslənən musiqi isə avtomobilin hansı durumda olduğuna bir işarədir...

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh