Mübariz İbrahimovun kəndinin yolu yenidən qurulub - VİDEO

Yeniliklər 10 May 2017 11:19 Oxunub 1155
Mübariz İbrahimovun kəndinin yolu yenidən qurulub - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yolun 12 min m2-lik sahəsinə yeni asfalt-beton örtüyü döşənib, yol boyu mövcud suötürücü borular təmir edilib

“Azəravtoyol” ASC Biləsuvar rayonunun Əliabad kəndinin giriş yolunu əsaslı şəkildə təmir edib. Bu barədə Avtosfer.az quruma istinadən xəbər verir ki, yolun uzunluğu 2 km-dir və başlanğıcını Ələt – Astara - İranla dövlət sərhədi avtomobil yolunun 106 km-dən götürür. Təmir-tikinti işləri çərçivəsində əvvəllər eni 4 metr olan yolun hərəkət hissəsi genişləndirilərək 6 metrə çatdırılıb. Bunun üçün zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə xüsusi material tökülərək yeni yol yatağı inşa edilib, yol əsasının tikintisi işləri aparılıb. 2 hərəkət zolaqlı olan yolun kənarlarında 1 m enində çiyinlər qurulub. Torpaq işlərindən sonra yolun asfaltlanması istiqamətində addımlar atılıb. Ümumilikdə isə yolun 12 min m2 sahəsinə yeni asfalt-beton örtüyü döşənib, yol boyu mövcud suötürücü borular təmir edilib. Daha sonra zəruri olan yerlərdə14 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılıb, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh