General Ramiz Zeynalov sürücülərlə görüşdü - FOTOLAR

Yol polisi 10 May 2017 11:20 Oxunub 5644
General Ramiz Zeynalov sürücülərlə görüşdü - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İslam Oyunlarında atletləri daşıyacaq sürücülərə ciddi tapşırıq verildi

Bakı Nəqliyyat Agentliyinin baş direktoru, IV İslam Həmrəyliyi Oyunları zamanı Nəqliyyat sisteminin tənzimlənməsi və idarə olunması üzrə Koordinasiya Şurasının sədri Vüsal Kərimli və Daxili İşlər Nazirliyi Baş DYP İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən atletlərin daşınması üçün ayrılan nəqliyyat vasitələrini idarə edən sürücülərlə görüşüb. Agentliyin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayevin Avtosfer.az-a verdiyi məlumata görə, görüşdə prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı, həmçinin, birinci vitse-prezident və IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın rəhbərliyi altında Oyunların hazırlığı üçün çox ciddi və böyük işlərin görüldüyü diqqətə çatdırılıb. Bildirilib ki, artıq əminliklə deyilə bilər ki, ölkəmiz və paytaxtımız Oyunların qəbuluna və ən yüksək səviyyədə keçirilməsinə tam hazırdır.

Tədbiri girşi sözü ilə açan Daxili İşlər Nazirliyi Baş DYP İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov Oyunların nəqliyyat əməliyyatlarına cəlb edilən sürücülərə yol hərəkəti qaydalarına əməl etmələri barədə, eyni zamanda onlara tapşırılan missiyanı yerinə yetirərkən əsl vətəndaşlıq mövqeyindən çıxış etmələri ilə bağlı tovsiyələrini verib. İdarə rəisi yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsində sürücülərin üzərinə daha böyük məsuliyyət düşdüyünü xatırladıb. Diqqətə çatdırıb ki, bu işdə yol-patrul xidmətinin əməkdaşları sürücülərə dəstək olacaq. Yol hərəkətinin təhlükəsizliyi və yüksək səviyyəli nümayəndə heyətlərinin müşayiəti üzrə qarşıda duran vəzifələr yol-patrul xidmətinin 1200 əməkdaşı tərəfindən xüsusi təyinatlı 400 avtomobillə təmin ediləcək.

Bakı Nəqliyyat Agentliyinin Baş direktoru Vüsal Kərimli, Oyunların Əməliyyat Komitəsi tərəfindən Bakı Nəqliyyat Agentliyinə həvalə edilən nəqliyyat tədbirlərinin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsi istiqamətində bütün lazımi tədbirlərin icrasının təmin edildiyini diqqətə çatdırıb. Baş direktor qeyd edib ki, Oyunlar müddətində nəqliyyatın işinin təşkili, daşımaların təhlükəsizliyinin təmin edilməsi məzh sürücülərin müəyyən edilmiş vəzifə və funksiyalarını tam məsuliyyətli, ən əsası isə yüksək peşəkarlıqla həyata keçirməsindən aslıdır. Qarşıdakı günlərdə atletlər və onların məşqçilərinə göstəriləcək nəqliyyat xidmətlərinin keyfiyyətinin məhz yüzlərlə sürücü arasından seçilmiş bu şəxslərin peşəkar fəaliyyətindən aslıdır: 

“Peşəkar bacarıqlarla yanaşı, qarşıya qoyulan tapşırıqların layiqincə yerinə yetirilməsi baxımından vacib olan digər bir önəmli məqam yüksək vətənpərvərlik hisslərimizdir. IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanımızın tarixində növbəti bir parlaq qələbə kimi qalması, bu Oyunların böyük idman bayramına çevrilməsinə öz töhfəmizi vermək üçün əsl vətəndaşlıq mövqeyindən çıxış edərək birgə səylərimizi səfərbər etməliyik. Çünki bu yarışlarda da ürəklə iştirak edib, dostluq, həmrəylik bacarıqlarımızı ortaya qoyub ölkəmizin nüfüzunun daha artmaq hər birimizin mənəvi borcudur. Bu gün tutduğumuz vəzifədən aslı olmayaraq hər birimizi IV İslam Həmrəyliyi oyunlarının bir parçasıyıq və bu bir dəyərdir. Düşünürəm ki, Oyunların bir parçası olmaq böyük qürurdur”.

IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin nəqliyyat söbəsinin rəhbəri Vüsal Rəcəbli də eyni fikirdə olduğunu deyib. O, müvafiq dövlət qurumlarının koordinasiyalı fəaliyyəti sayəsində paytaxtın nəqliyyat sisteminin də artıq “Bakı-2017” üçün tam hazır vəziyyətə gətirildiyini bildirib.

Görüşdə sürücüləri maraqlandıran suallar da cavablandırıb. Atletlərin daşınması zamanı ortaya çıxa biləcək maneələrin dərhal aradan qaldırılması ilə bağlı müvafiq göstərişlər verilib.

 

Elmin

 




 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh