5 günə 844 sürücü cərimələnib

Yol polisi 10 May 2017 12:23 Oxunub 1277
5 günə 844 sürücü cərimələnib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Mayın 5-dən bu günə qədər IV İslam Həmrəyliyi Oyunları ilə bağlı çəkilən sarı zolaqlara daxil olan 844 sürücü barəsində tədbir görülərək elektron protokol yazılıb”.

Bu barədə Avtosfer.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov məlumat verib.

O bildirib ki, hələ də IV İslam Həmrəyliyi ilə Oyunlarına görə çəkilən sarı zolaqlara nəzarət edilir: "Ümumiyyətlə, bütün sürücülər daima diqqətli olmalıdır. Çünki qaydalara görə sarı zolaqlara daxil olan bütün sürücülər məsuliyyətə cəlb olunaraq cərimələnəcək”.

Qeyd edək ki, may ayının 5-dən IV İslam Həmrəyliyi Oyunları ilə bağlı paytaxt yollarına çəkilmiş xüsusi sarı zolaqlara digər nəqliyyat vasitələrinin girişi qadağandır. Belə ki, qadağaya görə zolaqlara yalnız IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin təyin etdiyi və xüsusi işarələnmiş nəqliyyat vasitələri daxil ola bilər. Bu zolaqlara icazəsiz daxil olan nəqliyyat vasitələri 40 manat məbləğində cərimə ediləcək.

Mayın 5-dən həyata keçirilən qadağa mayın 25-nə kimi davam edəcək.

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh