DYP Qubada reyd keçirdi: 40-dan çox sürücü cərimələnib - FOTO

Avtoreyd 10 May 2017 13:54 Oxunub 2541
DYP Qubada reyd keçirdi: 40-dan çox sürücü cərimələnib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Reydlərin mütəmadi keçirilməsi planlaşdırılır

Quba Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi  Bölməsinin (DYPB) əməkdaşları rayon ərazisində reyd keçirib. Avtosfer.az-ın “Report”a istinadən xəbər verir ki, rayonun bir neçə ərazisində 3 saat ərzində keçirilən reyd zamanı 40-dan çox yol hərəkəti qaydalarının pozulması faktı aşkarlanıb. Onlardan biri avtomobili sərxoş vəziyyətdə idarə edən, biri sürücülük vəsiqəsi olmayan, beşi sərnişin daşıma qaydalarını pozan, biri fərqlənmə nişanı olmadan taksi fəaliyyəti ilə məşğul olan və digər yol hərəkəti qaydalarını pozan sürücülər olub. Reydin keçirilməsində əsas məqsəd yol-nəqliyyat hadisələrinin qarşısını almaq və yollarda təhlükəsizliyin təmin olunmasıdır. Reydlərin mütəmadi keçirilməsi planlaşdırılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh