Bakıda ağır qəza törədən gəncə ağır cəza: 9 il həbs

Avtoxəbər 6 Noyabr 2014 12:51 Oxunub 1769
Bakıda ağır qəza törədən gəncə ağır cəza: 9 il həbs
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bir nəfərin ölümünə, bir neçəsinin yaralanmasına səbəb olan 25 yaşlı Gündüz Balakişiyevə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Gündüz Balakişiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə 25 yaşlı Gündüz Balakişiyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu ilin mayın 11-də Xətai rayonu Nobel prospektində Bakı şəhər sakinləri, 1989-cu il təvəllüdlü Gündüz Balakişiyevin idarə etdiyi “Mercedes” markalı və 1970-ci il təvəllüdlü Bəxtiyar Həbibovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə, “Mercedes” markalı avtomobilin sərnişini 1989-cu il təvəllüdlü Natiq Cəfərov Neyrocərrahiyə xəstəxanasına, Bəxtiyar Həbibov və sərnişinləri 1944-cü il təvəllüdlü Firəngiz Həbibova, 1961-ci il təvəllüdlü Təranə Həbibova 3 saylı Şəhər Xəstəxanasına yerləşdirilib. Firəngiz Həbibova xəstəxanada ölüb. Digər şəxslərə tibbi yardım götərilməsi nəticəsində həyatlarını xilas etmək mümkün olub.

Araşdırmalar zamanı müəyyən edilib ki, yol qəzasının törədilməsində Gündüz Balakişiyev günahkardır. Onun barəsində Cinayət Məcəlləsinin 263-cü (yol nəqliyyat hadisəsi nəticəsində sağlamlığına az ağır, ağır zərər vurma və yaxud ölümə səbəb olma) maddəsi ilə cinayət işi başlayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh