Gecə yola asfalt çəkib gündüz qazdılar - Azərbaycanda - VİDEO

Xəbərlər 10 May 2017 23:50 Oxunub 8233
Gecə yola asfalt çəkib gündüz qazdılar - Azərbaycanda - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sakinlərin gecə öz hesablarına gördüyü iş "Azəravtoyol"u qəzəbləndirib

Sosial şəbəkələrdə maraqlı bir video yayılıb. Belə ki, videonu çəkən şəxs idda edir ki, "Azəryolservis" ASC-nin əməkdaşları rüşvət ala bilmədikləri üçün sahibkarların (onun) çəkdiyi asfalt yolu traktor ilə dağıdır. İddiaçının sözlərinə görə hadisə "Xəzər bağları" adlanan ərazidə baş verib. Sahibkar ərazini öz pulu hesabına abadlaşdırıb.

"Azəravtoyol" ASC-nin mətbuat katibi Anar Nəcəfli Avtosfer.az-a bildirib ki, qeyd olunan ərazidə sakinlər yola giriş-çıxış yeri yaradıblar. Bu isə qanunsuzdur: "Sakinlərə dəfələrlə xəbərdarlıq olunub ki, giriş-çıxış yeri yaratmaq üçün müvafiq qaydayda müraciət edib texniki şərt alsınlar. Lakin onlar buna məhəl qoymayaraq gecə ilə yolu asfaltlayaraq giriş-çıxış yeri yaradıblar. Buna görə də, bizim əməkdaşlar ərazini qaydaya salmalı olublar. Çünki sakinlərin bu addımı təhlükəlidir".

Avtosfer.az həmin görüntüləri təqdim edir:

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh