15 avtomobili qarət edən dəstə zərsizləşdirilib - VİDEO

Avtosfer TV 11 May 2017 00:40 Oxunub 1866
15 avtomobili qarət edən dəstə zərsizləşdirilib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Oğurladıqları əşyaları satıb pulu aralarında bölüblər

Bakıda avtomobillərdən silsilə oğurluqlar edən dəstə zərərsizləşdirilib. Məhəmməd Əsgərov Binəqədi rayon polis idarəsinə müraciət edib ki, gecə avtomobilinin şüşəsini qırıb içindən 2 ədə mobil telefon və dəyəri bahalı olan iki ədəd mobil nömrə oğurlamaqla ona 2375 manat məbləğində ziyan vurublar.

Təhlükəsiz Şəhər Xidməti və Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu işdə şübhəli bilinən Bakı şəhər sakinləri Eldar Balışov, Nicat Ələkbərov və Ramin Cəbrayılov tutulub, daha 2 nəfər isə müəyyən edilib. İşin istintaqını aparan müstəntiq Mehman Ələsgərovun sözlərinə görə, adı çəkilən şəxslər yanvarın 24-dən mayın 4-dək olan müddətdə rayon ərazisində 15 avtomobildən yan güzgüləri, səsgücləndiricilər, videoqeydiyyat qurğusu, təkər, qaldırıcı qurğu, pul, qızıl və məişət əşyaları, sənəd, maqnitofon və tütün məmulatı oğurlayıblar.

Əldə olunan qiymətli əşyaları isə satıb 3 nəfər arasında bölüblər. Saxlanılanlardan Eldar Balışovun sözlərinə görə, Raminlə Nicatı əvvəldən tanısa da onun bu cinayətlərdən xəbəri olmayıb.

Polisdən onu da bildirdilər ki, Eldar Balışov, Nicat Ələkbərov və Ramin Cəbrayılov ümumilikdə vətəndaşlara 7-8 min manata yaxın ziyan vurublar. Qeyd edək ki, saxlanılanlardan Raminlə Eldar əvvəllər də eyni cinayət əməlinə görə məhkum ediliblər. Faktla bağlı onlar barəsində Binəqədi rayon polis idarəsində oğurluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanıb, istintaq davam edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh