Bəzi idman kompleksləri istiqamətində hərəkət edən avtobusların sayı artırılıb

Yeniliklər 11 May 2017 11:12 Oxunub 1291
Bəzi idman kompleksləri istiqamətində hərəkət edən avtobusların sayı artırılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu məqsədlə BNA tərəfindən xəttə 15 nəqliyyat vasitəsi ayrılıb

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Bakı şəhəri Xəzər rayonunun Şüvəlan qəsəbsəində yerləşən “Azal Arena”da keçirilən futbol yarışlarını izləmək istəyən tamaşaçılar, könüllülər və digər şəxslərin rahat daşınmasını təmin etmək üçün bu gündən etibarən xüsusi ekspress xətt fəaliyyətə başlayıb. Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, bu xətt üzrə avtobuslar metronun "Koroğlu" stansiyasının qarşısından “Azal Arena”ya, eləcə də əks istiqamətdə hərəkət edir. Bu məqsədlə 15 nəqliyyat vasitəsi ayrılıb. Həmçinin,  mayın 11-nə keçirilən idman yarışları ilə əlaqədar Bakı Kristal Zalı, “Bayıl Arena” və Sərhədçi Olimpiya İdman Kompleksi istiqamətindən hərəkət edən marşrut xətləri üzrə nəqliyyat vasitələrinin sayı artılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh