Azərbaycan 650 min dollara gəmi aldı

Yeniliklər 11 May 2017 12:33 Oxunub 1452
Azərbaycan 650 min dollara gəmi aldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Alqı-satqı müqaviləsi cari ilin martın 9-da imzalanıb

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC "Bakinskaya 6" adlı yeni gəmi alıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, GidroTrans MMC-dən alınan gəmi QSC-yə 650 min dollara başa gəlib. Alqı-satqı müqaviləsi cari ilin martın 9-da imzalanıb. Bundan başqa, Azərbaycan prezidentinin 13 yanvar 2017-ci il tarixli sərəncamına əsasən 16 mln. manat məbləğində vəsait Bakı Gəmiqayırma Zavodu tərəfindən 2 ədəd tankerin və 2 ədəd Ro-Pax tipli bərə-gəminin tikintisi məqsədilə QSC üçün ayrılıb. 2017-ci ilin aprel ayında 8 mln. manat məbləğində vəsait həmin ayırmanın hissəsi kimi QSC-yə köçürülüb.

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh