Polisimiz dünya kubokunu qazandı - FOTO

Yol polisi 11 May 2017 13:55 Oxunub 1388
Polisimiz dünya kubokunu qazandı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əlbəyaxa döyüşçülər yarışda yüksək nəticələr əldə ediblər

Mayın 6-dan 8-dək Belçikada karatenin pentaksilat növü üzrə bu ölkənin açıq birinciliyi və dünya kuboku uğrunda  yarış keçirilib. Əlbəyaxa döyüşçülərimiz bu yarışda yüksək nəticələr əldə ediblər. Bu yarışlar əvvəlki illərdə olduğundan iştirakçı dövlətlərin və idmançıların çoxluğu ilə fərqlənib. Millimizin heyətində təmsil olunan Əlahiddə Çevik Polis Alayının polis nəfəri, polis serjantı Loğman Mirzəyev ən ağır çəkili idmançılar arasında üç döyüş keçirib. Əvvəlcə Niderland, daha sonra Fransa idmançısı ilə qarşılaşmalardan qalib kimi ayrılan təmsilçimizin finaldakı rəqibi Böyük Britaniya komandasının üzvü olub. Baş mükafatın taleyi uğrunda həlledici görüşü də qələbə ilə başa vuran Loğman qızıl medal və dünya kubokunu qazanıb. 

Əvvəllər dəfələrlə ölkə və Avrasiya çempionu olan idmançımız fiziki hazırlığı ilə yanaşı, təhsilini də artıran təmsilçimiz DİN-in Polis Akaemiyasının V kurs kursantıdır.

 

İlham Babayev,

DİN Mətbuat Xidmətinin şöbə rəisi,

polis polkovnik-leytenantı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh