Bu dəfə “Maşın şou”da onlar olacaq - FOTOLAR

Yarışma 11 May 2017 14:14 Oxunub 8695
Bu dəfə “Maşın şou”da onlar olacaq - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Samiraldo ilə Tolik də orada olacaq

Bu ayın 28-də ölkənin ən maraqlı tele-layihəsi start götürəcək. “Qafqazinfo” xəbər verir ki, ATV-də yayımlanacaq realiti şouda iştirak edəcək şəxslərin kimliyi isə hər kəs üçün maraqlıdır.  Hər gün canlı yayımlanacaq müsabiqədə iştirak edən məşhurların bəzilərinin adı məlum olub. Əldə etdiyimiz məlumata görə, şouda prodüser Tarix Əliyev (Tolik), vaynerlər Səbuhi Xanlarov, Samir Əliyev (Samiraldo), aktrisa Pərvin Abıyeva, müğənni Talıb Tale, aktyor İslam Mehrəliyev, aparıcı Azər İsmayilov kimi tanınmışlar iştirak edəcəyi ehtimal edilir. Dəqiqi adların hamısı layihə rəhbəri tərəfindən bir neçə gün sonra açıqlanacaq.

Xatırladaq ki, verilişdə 18 şou-biznes üzvü maşın uğrunda mübarizə aparacaq. 






 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh