Azərbaycanda piyada zolaqlarının vəziyyəti necədir?  - VİDEO

Yazarlar 11 May 2017 14:30 Oxunub 1274
Azərbaycanda piyada zolaqlarının vəziyyəti necədir?  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəlkə kəmiyyəti keyfiyyətə dəyişək?

Asfalt üzərindəki piyada zolaqlarına diqqət yetirdikdə sanki adi boya ilə çəkildiyini düşünmək olar. Çünki bu zolaqların ömrü bir aydan çox çəkmir. Piyada zolaqlarının vaxtından tez köhnəlməsi sürücü-piyada münasibətlərində anlaşılmazlığa səbəb olur. Bu da öz növbəsində yol hərəkətinin təhlükəsizliyinə maneə yaradır. Çox vaxt isə bədbəxt hadisələrlə nəticələnir. Ekspertin fikrincə, piyada zolaqlarının çəkilməsində keyfiyyətsiz boyalardan istifadə edilir. Qanunvericiliyin tələbinə görə isə həmin boyaların tərkibində işıqqaytarıcı effekt olmalıdır. Bu sahədə dünya təcrübəsindən də yararlanmaq olar. Daha müasir və kreativ üsullar tətbiq etməklə də yol hərəkətinin təhlükəsizliyini təmin etmək mümkündür. Artıq Ukrayna, Gürcüstan bu üsullardan faydalananlar sırasındadır. Ümid edirik ki, belə kreativ ideyaları ölkəmizdə görmək bizə də nəsib olacaq.

ARB TV

ŞƏRH YAZ
Ad

E-mail

Şərh