"Azəravtoyol"un təhlükəli maddə daşıyan maşını od saçdı - VİDEO

Avtoreyd 13 May 2017 14:58 Oxunub 6558
"Azəravtoyol"un təhlükəli maddə daşıyan maşını od saçdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
60-lıq yolda 90-dan yuxarı sürür

Qayda pozan sürücülərə qarşı Avtosfer.az-ın reydləri davam edir. Bu dəfə “radara” “Azəravtoyol” ASC-yə məxsus olan 10 JL 480 dövlət nömrə nişanlı bitum daşıyan yük maşını düşüb. Belə ki, Nobel prospekti ilə (Çevik Polis Alayının yanından Ağ şəhərə kimi, NZS yolu ərazisi) hərəkət edən yük avtomobili sürət həddini aşır. Hətta yolun üzərində quraşdırılmış radarın altından 75-80 sürətlə keçir.

Daha sonra zolaqlarda manevr edən yük maşının sürəti daha da artır. Çəkilişdə də göründüyü kimi minik maşınının sürücüsü sürəti 94-ə qədər qaldırır.

Lakin yük avtomobilinə yaxınlaşa da bilmir. 60-lıq yolda 90-dan yuxarı sürətlə hərəkət edən bu avtomobil hər an təhlükəlidir. Həmçinin onun təhlükəli yük daşıdığını nəzərə alsaq baş verə biləcək fəsadın həcmi daha da böyüyür. Avtosfer.az həmin görüntüləri təqdim edir:

 

Orxan

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh