Ağsu aşırımı ilə bağlı xüsusi layihə hazırlanır - VİDEO

Yeniliklər 12 May 2017 00:34 Oxunub 1589
Ağsu aşırımı ilə bağlı xüsusi layihə hazırlanır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yolun yenidən qurulması üçün layihə hazırlanıb

Sürücülərin əziyyət çəkdiyi və sürüşmələrin ən çox olduğu Ağsu dolayıları əsaslı şəkildə yenidən qurulacaq. Azəravtoyol açıq səhmdar cəmiyyəti sözügedən yolun böyük bir hissəsində yenidənqurma işləri həyata keçirəcək Bu işlər zamanı Ağsu dolayılarında genişlənmə işləri aparılacaq. İki zolaqdan ibarət olan Ağsu dolayları bəzi hissələrdə 3 zolaq olacaq. Bu da avtomobillərin rahat hərəkəti üçün nəzərdə tutulur. Layihə çərçivəsində yolun ən təhlükəli yerlərində genişləndirmə işləri də aparılacaq.

Dolaylarda yağış və qurunt sularının ərazidən uzaqlaşdırılması üçün küvetlər inşa ediləcək. Bundan əlavə sürüşmələrin qarşısını almaq məqsədi ilə mühəndisi qurğularda inşa ediləcək.

Hazırda layihənin təkmilləşdirilməsi üzərində işlər aparılır və yolun gələn il təmir edilməsi planlaşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh