Özündən qat-qat böyüklərə meydan oxuyan 4 yaşlı uşaq - VİDEO

Avtosfer TV 12 May 2017 00:39 Oxunub 1847
Özündən qat-qat böyüklərə meydan oxuyan 4 yaşlı uşaq - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
4 yaşlı uşaq dişləri ilə avtomobil dartır

Bir ucu avtomobilə bağlanmış kəndiri ağzına alıb dartmağa başlayır. 2 tonluq avtomobili dişləri ilə dartmağa çalışır. Kadrlar Naxçıvan Muxtar Respublikasındandır. Babək rayonunun Payız kəndində yaşayan və cəmi 4 yaşı olan Rahim Cəfərov adlı bu uşaq pəhləvanlığı ilə diqqət çəkir. Uşaq, çəkisi 2 ton olan avtomobili dartmağa başlayır. Əvvəlcə, avtomobili yerindən tərpətməyə çətinlik çəkir. Hətta bir neçə dəfə buna cəhd edir. İlk baxışdan adama elə gəlir ki, o, bu işin öhdəsindən gələ bilməyəcək.

Lakin sonradan görüntülər adamı heyrətə salır. Uşaq, avtomobili dişi ilə dartmağa nail olur. Uşağın bu istedadını ilk öncə görən isə atası olub.

Yaşı az olduğundan Rahim Cəfərovun dili hələ yaxşı söz tutmur. Buna baxmayaraq, uşaq gücü ilə yaşıdlarından çox fərqlənir.

Atası Rahim Cəfərovu idmançı kimi böyütmək istəyir. Məqsəd Azərbaycan üçün daha bir olimpiya çempionu yetişdirməkdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh