Ziya Məmmədovun 6 bahalı maşını müsadirə edildi - Təfərrüat

Gündəm 12 May 2017 01:18 Oxunub 12533
Ziya Məmmədovun 6 bahalı maşını müsadirə edildi - Təfərrüat
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Villasının həyətindən evakuatorlarla maşınlar çıxarılıb

Ziya Məmmədovun 6 bahalı maşını villasından müsadirə edildiKeçmiş nəqliyyat naziri Ziya Məmmədova məxsus 6 ədəd bahalı avtomobil müsadirə olunub. Avtosfer.az xəbər verir ki, sabiq nazirin Ucarın Qazqumlaq kəndində yerləşən villasının həyətindən evakuatorlarla maşınlar çıxarılıb. Həmin avtomobillər məhkəmə icraçıları tərəfindən Bakı şəhərinə aparılıb. Jurnalist Fuad Hüseynov yazıb ki, avtomobillərin üzərinə məhkəmə qərarı ilə həbs qoyulubmuş. Bir neçə gün əvvəl isə keçmiş nazirin təyyarəsinin əlindən alındığı xəbəri yayılmışdı. Qardaşı məlumatı təkzib etsə də, Z.Məmmədovun təyyarəyə sahib olduğunu təsdiqləmişdi.

Ziya Məmmədovun “Gulf Stream” markalı şəxsi təyyarə aldığı Azərbaycan ictimaiyyətinə 2012-ci ilin yayından bəlli olmuşdu. O zamandan bu yana - son günlərə qədər həmin şəxsi təyyarə Ziya Məmmədovun istifadəsində olub. İndi bəlli olur ki, səlahiyyətləri hissə-hissə əlindən alınıb, nəhayətdə hökumətdən qovulan Ziya Məmmədovun bu imtiyazı da ləğv edilib. Ondan şəxsi təyyarəsini “dinməz-söyləməz gətirib təhvil vermək” tələb olunub və tələb yerinə yetirilib. Saytların iddiasına görə, təyyarədən son illərdə əsasən keçmiş nazirin oğlu Anar Məmmədov istifadə edirmiş.

Yeri gəlmişkən, aldığımız bilgilərə görə, Ziya Məmmədov “vurulandan” bəri onun və ailə üzvlərinin, o cümlədən oğlu Anar Məmmədovun əksər gəlirli biznesləri və əmlakları əllərindən alınmaqdadır. Artıq maşınlarına da həbs qoyulması onun tamamilə tərki-silah olunması deməkdir.

 

ulus.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh