Ağstafada DYP reyd keçirdi: 60-dan çox sürücü cərimələnib - FOTO

Avtoreyd 12 May 2017 11:06 Oxunub 1484
Ağstafada DYP reyd keçirdi: 60-dan çox sürücü cərimələnib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Reyd zamanı 10 avtomobil cərimə meydançasına aparılıb

Ağstafa rayounda Dövlət Yol Polisi (DYP) əməkdaşları reyd keçirib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, reyd zamanı 60-dan çox sürücü cərimələnib. Reyd zamanı DYP əməkdaşları əsasən Qazax, Gəncə, Mingəçevir şəhərlərinə sərnişindaşıma həyata keçirən mikroavtobus sürücülərini, və digər avtomobil sahiblərini yoxlayıb. Məlum olub ki, əksər sürücülər qaydaları pozaraq ayaq üstə sərnişin daşıyır. Bundan başqa sənədsiz, nasaz avtomobil idarə edən sürücülər də aşkarlanıb. Baş verə bilən yol qəzalarının qarşısını almaq üçün keçirilən yoxlama tədbirləri zamanı cərimə edilən sürücülər qayda pozmağa onları sərnişinlər məcbur etdiklərini bildiriblər. Onların sözlərinə görə, mikroavtobusun oturacaqları boş olmadıqda belə sərnişinlər ayaqüstə gedəcəklərini bildirirlər. Qeyd edək ki, reyd zamanı 10 avtomobil cərimə meydançasına aparılıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh