Yük maşını qəza törətdi: yanacağı yola tökülüb - FOTO  

Qəzalar 12 May 2017 11:09 Oxunub 1376
Yük maşını qəza törətdi: yanacağı yola tökülüb - FOTO   
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzaya sürücünün sükan arxasında yatması səbəb olub

Abşeron rayonunun Xırdalan dairəsi kimi tanınan ərazisində yük avtomobili qəzaya uğrayıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, 12 metr uzunluğa malik avtomobil daşıyan "MAN" markalı yük maşını yolun ortasındakı dəmir arakəsməyə çırpılıb. Zərbə o qədər güclü olub ki, yük avtomobilinin benzin çəni deşilib və yanacaq yola tökülüb. Sürücü Yol Patrul Xidmətinin əməkdaşlarına ilkin ifadəsi zamanı bildirib ki, qəzaya onun sükan arxasında yatması səbəb olub. Qeyd edək ki, hadisə baş verən zaman yük avtomobili boş olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh