İki piyadanı maşın vurdu - Bakıda

Qəzalar 12 May 2017 11:11 Oxunub 1433
İki piyadanı maşın vurdu - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisələr Suraxanı və Sabunçu rayonları ərazisind qeydə alınıb

Bakıda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisələr Suraxanı və Sabunçu rayonları ərazisində qeydə alınıb. Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yolun piyada üçün müəyyən edilməmiş hissəsində keçən 27 yaşlı Tağıyev Emil Rabil oğlunu, hələlik markası məlum olmayan avtomobil vurub. Sürücü xəsarət alan şəxsi xəstəxanaya yerləşdirib. Digər hadisə Koroğlu metrosu yaxınlığında baş verib. 1972-ci il təvəllüdlü Qurbanov Məmmədəli Salman oğlunu "Hundai" markalı avtomobil vurub. Xəsarət alan şəxsi maşının sürücüsü xəstəxanaya yerləşdirib. Hər iki faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh