Sürücü təqaüdçü qadınları vurdu, bir neçə dəfə üzərlərindən keçdi - VİDEO

Avtosfer TV 12 May 2017 19:02 Oxunub 3040
Sürücü təqaüdçü qadınları vurdu, bir neçə dəfə üzərlərindən keçdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisənin səbəbi aydınlaşdırılır

Rusiyanın Xabarovsk diyarında sürücü 91 yaşlı və 88 yaşlı təqaüdçü qadınları vurub, daha sonra parklama yerini tərk edərkən bir neçə dəfə onların üzərindən keçib. Ehtiyatsız sürücünün törətdikləri müşahidə kameraları tərəfindən qeydə alınıb. Avtosfer.az-ın salamnews-a istinadən verdiyi xəbərə görə, hadisə Popov küçəsində baş verib. Xabarovsk diyarı üzrə Rusiya DİN İdarəsi mətbuat xidmətindən verilən məlumata əsasən, qadınlardan biri başından xəsarət alıb, digəri isə yuxarı və aşağı ətrafdan xəsarətlər alıb. Həyatları üçün təhlükə yoxdur. 65 yaşlı sürücünün sərxoş olmadığı bildirilir. Hadisənin səbəbi aydınlaşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh