Avropada mövsümün beşinci mərhələsi olan İspaniya Qran-prisi başlayır

Yarışma 12 May 2017 11:22 Oxunub 2061
Avropada mövsümün beşinci mərhələsi olan İspaniya Qran-prisi başlayır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Komandalar Kataloniya trasında mübarizə aparacaqlar
 

Avropada mövsümün beşinci mərhələsi olan İspaniya Qran-prisi başlayır. Bu gündən bütün Formula 1 fanatlarının diqqəti İspaniya Qran-prisinə yönəlib. Avtosfer.az-ın salama istinadən verdiyi məlumata görə, İspaniyanın Qran-prisi yüzillik tarixə malikdir. Komandalar Kataloniya trasında mübarizə aparacaqlar. Kataloniya ən məşhur avtodromudur.

Trasın statistikası:

Dairənin uzunluğu: 4,655 km
Dövrələrin sayı : 66
Məsafə: 307,104 kilometr km
2016-da qalib: Maks Ferstappen 
Dairənin rekordu: 1:21.670 – Kimi Raykkonen (Ferrari, 2008)

Hava Proqnozu

Mayın 11-də gün ərzində bir neçə dəfə yağış yağdı. Lakin bu gün və həftə sonu havanın temperaturu 25 dərəcəyə kimi yüksələcək. Yağıntı ehtimalı azdır.

Pit yolu

Hər trekdə pit yolu 2 zolağa bölünür. Pit divarına yaxın olan zolağ sürət zolağı adlanır, digəri isə qarajlara yaxın olan daxili zolaq adlanır. Hər bir pilotun ayrıca qarajı var. Təhlükəsizlik səbəbindən bütün Qran-prilər zamanı pit yolunda sürət limiti 80 km/saatdır. Məlumat üçün deyək ki, FIA pitdə olan qarajları və yerləri komandalar üçün bərabər ölçüdə ayırır. 

Həftəsonu yarışa nəzarət Formula 1-in məhz mərkəzindən həyata keçirilir. Yarışa Nəzarət Mərkəzi sərbəst yürüş, sıralanma turu və yarış sessiyalarının bütün mərhələlərini yoxlamaq və ona nəzarət etmək vəzifəsini icra edir.

Şinlər və təkərlər

Formula 1-in yeganə şin təchizatçısı olan "Pirelli" şirkəti bütün komandaları eyni rezin tərkibli təkərlərlə təmin edir. Güclü yağış səbəbindən yarış təhlükəsizlik maşınının arxasında başlayarsa, komandalar təhlükəsizlik maşını pitə qayıdanadək yağışlı hava üçün nəzərdə tutulmuş şinlərdən istifadə etmək məcburiyyətindədirlər.

"Pirelli" komandaları quru hava şəraiti üçün beş fərqli xüsusiyyətdə malik şin növü ilə təmin edir. Şinlərin kənarı müəyyən rənglərlə boyanır - ultrasoft (bənövşəyi), supersoft (qırmızı), soft (sarı), medium (ağ), hard (narıncı). Hər bir komanda bu quru-hava şinlərindən üç növü əldə edə bilər. Hər bir komandaya həftəsonu üçün 13 dəst quru-hava şinləri, 4 dəst az yağışlı hava şinləri və 3 dəst də yağışlı hava şinləri verilir.

Trasda dəyişiklik

Bu il təşkilatçılar 10-cu, 13-cü və 15-ci döngələrin çıxışında süni ot örtüyünü yığışdıraraq, buraya 50 mm hündürlüyü olan porebriklər quraşdırıblar. Bundan başqa 12-ci döngənin çıxışında da süni ot örtüyü yığışdırılıb, buradakı çınqıllı təhlükəsizlik zonasına beton döşənib. 

Qran-prinin sessiyaları (Bakı vaxtı ilə)

12 may 1-ci sərbəst yürüşlər 12:00 
12 may 2-ci sərbəst yürüşlər 16:00 
13 may 3-cü sərbəst yürüşlər 13:00 
13 may Sıralanma turu 16:00 
14 may Yarış 16:00 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh