Qanunlar “AA” seriyalı avtomobil üçün deyil? – VİDEO

Avtoreyd 12 May 2017 14:00 Oxunub 4898
Qanunlar “AA” seriyalı avtomobil üçün deyil? – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza baş verəndə nömrə insanı qorumur

Avtosfer.az-ın qayda pozan sürücülərə qarşı gündəlik reydləri davam edir. Bu dəfə isə “radara” düşən 90 AA 929 dövlət nömrə nişanlı avtomobilin sürücüsüdür. Belə ki, sürücü işıqforun qadağanedici nişanında, həmçinin qarşı tərəfdən avtomobillərin gəldiyi bir vaxtda yol ayrıcına girərək hərəkətini davam etdirir.

Görünür ki, avtomobilinin üzərindəki “AA” seriyasına “güvənən” sürücü məsuliyyətdən yaxa qurtaracağını düşünür. Lakin qəza baş verən zaman nə avtomobilin seriyası, nə nömrəsi onun qorumur. İnsanı qoruyan onun ağlı, düşüncəsi və mədəniyyətidir.

Avtomobilin dövlət idarəsinə məxsus olduğu aydındır. İçərisində hansısa məmurun olduğunu iddia etmirik. Lakin sürücünün bu cür kobud qayda pozuntusuna görə cəzalandırılacağına ümid edirik.

Avtosfer.az həmin görüntüləri təqdim edir:

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh