Bakılı «avtoş»lar «06»ya dəfn mərasimi təşkil etdi - VİDEO

Avtoxəbər 7 Noyabr 2014 10:08 Oxunub 5673
Bakılı «avtoş»lar «06»ya dəfn mərasimi təşkil etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onların «Jiquli»ni yudurdub, kəfənləyib, avtomobil qəbristanlığında «dəfn ediblər»

Avtosfer.az saytı sosial şəbəkələrdə yayılan maraqlı video əldə edib. Videoda müxtəlif markalardan avtomobillərin «söhbəti» əks olunub. Bakıla «avtoş»ların hazırladığı videorolikdə guya avtomobillər danışır. Onlar «VAZ-2106» markalı avtomobilə dəfn mərasimi keçirirlər. Maşını yudurdub, kəfənləyib, avtomobil qəbristanlığına aparırlar. Burada da özünəməxsus şəkildə dəfn mərasimi keçirirlər. Videoda əksini tapan maraqlı məqam budur ki, «Mersedes» markalı avtomobilin üzərinə Dövlət Yol Polisi avtomobillərindəki etiketlər yapışdırılıb. Bu isə qanunsuz əməldir.

Hər halda, gənclərin gülmək üçün hazırladığı bu videoda köhnə avtomobillərin istismardan yığışdırılmasına bir çağrış var. Bunu müsbət dəyərləndirmək olar. Amma qaydalara əməl etsəydilər, daha yaxşı olardı. Bütün hallarda, DYP-nin etiketlərindən istifadənin hansı yolla həyata keçirildiyi araşdırılmalıdır.

 

Nurlan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh